Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyətində dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi mövzusunda tədbir keçirilib

14 may 2024 | 15:43

Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən ”Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"nın 2023-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı"”nın 3.3-cü bəndinə uyğun olaraq 14.05.2024-cü il tarixdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşlarının iştirakı ilə “Dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi” mövzusunda tədbir keçirilmişdir.

    Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov  2023-cü ildə “Dövlət qulluğu”, ”Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirələri”, “Dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi”, “Dövlət qulluqçularının etik davranış qaydaları” və digər bu məsələlərlə bağlı keçirilən tədbirlər haqqında məlumat vermiş, dövlət qulluqçuları üçün etik davranış barədə aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlanması və bu barədə məlumatların açıqlanması ilə bağlı müxtəlif təlim və treninqlərin keçirilməsindən danışmışdır. M.Əkbərov bildirmişdir ki, dövlət qulluqçularının etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə fərdi qaydada söhbətlər aparılır, zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilir. «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin müddəalarından irəli gələn tələblərə əməl olunması Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun daim diqqət mərkəzində saxlanılır.

    Dövlət qulluqçuları tərəfindən etik davranış qayda və prinsiplərinə əməl olunması barədə vətəndaşların şikayətetmə imkanları genişləndirilmişdir. Belə ki, Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, hüquq mühafizə orqanlarında, idarə, müəssisə və təşkilatlarda dövlət qulluqçularının hər hansı neqativ hərəkətləri barədə daxil olan məlumatların qeydiyyata alınmasına və nəzarət orqanlarının vaxtında məlumatlandırılmasına lazımi şərait yaradılmışdır.

     Dövlət qulluqçusu öz etik davranışı, peşəkar fəaliyyəti ilə dövlət orqanlarına insanların inamını artırmalı və möhkəmləndirməli, dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməliəri iclas zamanı müzakirə edilmişdir.

    “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq qaydalarına uyğun keçirilən maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək, etik davranış normaları ilə əlaqədar daxil olan şikayətlərə baxılması, lazım gəldikdə intizam tədbirlərinin tətbiq olunması daim diqqət mərkəzində saxlanılacaqdır.

    “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq qaydalarına uyğun keçirilən maarifləndirici tədbirlər və intizam tədbirləri barədə 2023-cü ilə dair hesabat Dövlət İmtahan Mərkəzinə təqdim edilmişdir.

    Bir sıra inkişaf etmiş dövlətlərdə (ABŞ, İngiltərə, Fransa, Almaniya, Yaponiya və s.) dövlət qulluğunun xüsusiyyətləri, keçdiyi yol barədə ətraflı məlumat verilərək, qeyd edilmişdir ki, ölkəmizdə “Dövlət qulluğu haqqında” qanunvericiliyin hazırlanmasında beynəlxalq təcrübəyə istinad edilmiş, beynəlxalq təcrübədən səmərəli şəkildə, təkmilləşdirilmiş qaydada istifadə olunmuşdur. Hazırda ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılmışdır. 

Keçidlər