Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyətinin akt zalında Narkomanlığa və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə aparmaq məqsədi ilə tədbir keçirildi.

08 iyun 2022 | 12:40

Qobustan Rayon İcra Hakimiyyətinin akt zalında Narkomanlığa və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə aparmaq məqsədi ilə tədbir keçirildi. Tədbirdə Qobustan RİH-i Başçısının müavini - İctimai-siyasi və humanitar  məsələlər  şöbəsinin müdiri Təranə Güləliyeva çıxış edərək Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı 2022 - ci il 6 ayı ərzində Qobustan rayonunda görülmüş işlərə dair məlumat verdi. Sonra Narkomanlığa və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Quliyev Vasif çıxış edərək mövzu haqqında ətraflı məlumat verdi. Sonda tədbir iştirakçılarına maraqlı olan suallar cavablandırıldı. 

Keçidlər