Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov növbəti səyyar qəbulunu Ceyrankeçməz kənd sakinləri ilə keçirmişdir.

10 iyun 2026 | 15:00
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qobustan rayonunun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulu davam edir.
    İyunun 10-da Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov növbəti səyyar qəbulunu Ceyrankeçməz kənd sakinləri ilə keçirmişdir. Qəbul zamanı kənd sakinlərinin müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapmışdır. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilmişdir.  
    Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident  xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
     Qeyd edək ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov tərəfindən digər kəndlərdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

Keçidlər