Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" adlı konfrans keçirilib.

30 mart 2023 | 15:30

Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" adlı konfrans keçirilib.

Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş konfransda Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli, məhşur “91”-lərdən biri Xeyrəddin Qoca,YAP Təftiş komissiyasının üzvü Həsən Həsənov, RİHB-nin müavinləri və şöbə müdirləri, Şəhid ailələri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai birliklərin sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları tərəfindən ilk öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Daha sonra Rayon Gənclər Evinin konfrans zalında davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

RİH başçısı Adil Məmmədov çıxış edərək qonaqları salamlayıb, sözü Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli, məhşur “91”-lərdən biri Xeyrəddin Qocaya verdi. O, çıxış edərək Ulu öndərlə olan xatirələrini tədbir iştirakçıları ilə bölüşərək qeyd etdi ki, Heydər Əliyev harada vardı, orada mütləq haqq-ədalət vardı. Azərbaycanın ən ucqar kəndindən ən xırda məişət probleminə görə rəhbərə müraciət edən kolxozçu bilirdi ki, uzağı bir aydın sonra onun istəyi təmin olunacaqdır. O dövrdə çoxunun "Heydər Əliyev xofu" kimi qiymətləndirdiyi hisslər əslində haqqın xofu, ədalətin təntənəsi idi. Heydər Əliyevin "Literaturnaya qazeta"da çap olunan "Qoy ədalət zəfər çalsın!" adlı müsahibəsində adi faktlar əks olunmamışdı. Heydər Əliyev 5 avqust 1969-cu il plenumunda Azərbaycan cəmiyyətinin əsas nöqsanları kimi müəyyənləşdirdiyi problemləri lokal miqyasdan çıxardaraq bunu sovet cəmiyyətinin kommunist quruluşunun ümumi qəbahəti kimi bəyan edirdi. Heydər Əliyev artıq dünyanın altıda birinə sahiblik edən ittifaqın haqq-ədalət mücahidi deyildi, o, dünyanın altıda birində haqqın, ədalətin bərqərar olunması üçün mücadilə aparan bir kişi idi!

Təsadüfi deyildi ki, artıq uçurum qarşısında olan sovet quruluşuna yeni nəfəs gətirmək, ədalətsizlik məngənəsində çabalayan cəmiyyətdə haqqı bərpa etmək istəyən Yuri Andropov 1982-ci ildə Heydər Əliyevi İttifaq səviyyəsində rəhbər vəzifəyə - Nazirlər Soveti sədrinin birinci müavini postuna gətirdi. Heydər Əliyev yalnız "Kremlə sancılan əzəmətli türk bayrağı" deyildi, o, həm də dünyanın altıda birini yeni sistemlə, təkmil idarəçilik mexanizmləri ilə təzədən formalaşdırmaq istəyən komandanın rəhbərlərindən idi.

Xalqımız öz böyük oğlu ilə daim fəxr edərkən, Heydər Əliyevi nələr gözlədiyi heç kimə məlum deyildi. O zaman həm ermənilər, həm də onlardan geri qalmayan bəzi azərbaycanlılar Moskvaya, Kremlə Heydər Əliyev haqqında böhtan və iftira dolu məktublar göndərirdilər. Heydər Əliyevin Siyasi Büroda olmasını çoxlarının gözü götürmürdü. Ermənilər yaxşı bilirdilər, nə qədər ki, Azərbaycanın böyük oğlu Siyasi Bürodadır, onlar torpaq iddiaları ilə əlaqədar istək və arzularına çata bilməzlər. Odur ki, nə vəchlə olur-olsun, onu vəzifəsindən uzaqlaşdırmaq, ləkələmək istəyirdilər.

Heydər Əliyevə qarşı cılız xislətli adamlar hər cür rəzalət aparırdılar. Bütün qəzetlər, televiziya, radio "aliyevşina" barədə yazırdı, danışırdı. Ancaq bir fakta belə istinad edə bilmirdilər! İttifaqın baş nadanı Azərbaycanın baş təlxəyi ilə birlikdə bütün hüquq-mühafizə orqanlarını, istintaq-əməliyyat işçilərini ayağa qaldırsalar da, bütün sovet aparatı Heydər Əliyevə qarşı kompromat axtarışına çıxsa da, 1964-cü ildən rəhbər vəzifələrdə işləyən bu şəxsiyyət barəsində bir cinayət faktı belə tapa bilmədilər. Bu idi Heydər Əliyev təmizliyi, saflığı, düzgünlüyü!

Heydər Əliyev yenə də öz missiyasında idi - o, xalqın sözünü deyirdi, millətin haqqını tələb edirdi, dövlətin mənafeyini qoruyurdu, Azərbaycanın gələcəyini düşünürdü.

90-cı illərin əvvəllərində Heydər Əliyev 1969-cu ildə olduğu kimi, yenə də qətiyyətli və tədbirli idi, 1982-ci ildə olduğu kimi, yenə də haqq-ədalət mücahidi idi. Ali Sovetin tribunasında sağından komblokun, solundan isə demblokun bağırtılarına baxmayaraq, Azərbaycanın səsini ucaltdı. AXCP-dən olan deputatların belə, ittifaqın saxlanması ilə bağlı güzəştə getdiyi məqamda yalnız Heydər Əliyev müstəqilliyin tərəfdarı kimi çıxış edirdi. Artıq o, yüz minlərlə insanın xilaskar timsallı rəhbəri idi.

Biz Heydər Əliyevi hər gün yenidən tanıyırıq. Hər yeni uğurumuz, nailiyyətimiz bu böyük insanı daha dərindən dərk etməyimizə əsas verir. Qələbə silsilələrimiz uzandıqca isə hər dəfə Heydər Əliyevi yenidən tanıyacaq, yenidən dərk edəcəyik.

"Zamanı biz yazırıq" - bu fikirlər ümummilli liderimizin xarakterik məziyyətlərini tam ehtiva edir. Heydər Əliyev elə bir şəxsiyyət ucalığında məqam tutmuşdu ki, o, öz fəaliyyətini, həmçinin ölkəsinin və xalqının yaşayışını zamanın tələbləri ilə uyğunlaşdırmırdı, əksinə, zamanın millətinin və dövlətinin maraqlarına tabe etdirirdi. Məhz bu xüsusiyyətlərinə görədir ki, Heydər Əliyevi fövqəlinsan, dünyanın ən böyük azərbaycanlısı kimi tanıyır və qəbul edirik.

Heydər Əliyev xalqımızın yaddaşında əbədi yaşayacaqdır...

Qobustan rayon İcra başçısı Adil Məmmədov çıxış edərək qeyd etdi ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini və bununla əlaqədar Qobustan rayonunda silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb: “İstər sovet dövründə respublikaya rəhbərlik etdiyi, istərsə də müstəqillik illərində ömrünü öz xalqına həsr edən Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycan qısa zamanda regionun lider dövlətinə çevrilib, Ulu Öndərin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində düşünülmüş addımları öz bəhrəsini verib. Ulu Öndərin uca zirvəyə qaldırdığı Azərbaycan və Azərbaycançılıq məfkurəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir”.Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya olaraq formalaşması, müstəqil Azərbaycan dövlətinin ideoloji əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Həmin dövrdə Heydər Əliyev ölkəmizdən kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə, 1969-1982-ci illərdə Azərbaycanda məhz onun rəhbərliyi ilə Azərbaycan dilinin əhəmiyyəti artmış və ana dilinə olan diqqət və qayğı, eləcə də, dövlət qurumlarında azərbaycanlıların yüksək vəzifələrə gətirilməsi və bu kimi bir çox misalları göstərmək olar.

Ötən illər ərzində Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir. Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və qaçqın soydaşlarımızın öz torpaqlarına geri qayıtması tələb kimi ortaya qoyulmuşdur. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə dövründə biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq. Məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına yol açdı.

    Biz bundan sonra da Ümumilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin davam və inkişaf etdirilməsini, milli-mənəvi dəyərlərimizi, eləcə də adət-ənənələrimizi daima yaşadaraq vahid bir ideologiya ətrafında birləşdirilməsini və azərbaycançılığı Azərbaycan dövlətinin milli siyasi məfkurəsinə çevirməliyik.

Sonra YAP Təftiş komissiyasının üzvü Həsən Həsənov, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov və Qobustan şəhər 1 saylı tam orta məktəbin Azərbaycan dili, Ədəbiyyat müəllimi Bəturə müəllimə şıxış edərək bildirdilər ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, azərbaycançılıq  məfkurəsinin böyük ideoloqu olaraq, milli özünüdərkə xidmət edən bu ideologiyanın böyük təbliğatçısı və mahir icraçısı kimi xalqı qısa zaman kəsiyində bu milli-siyasi ideya ətrafında birləşdirməklə, fövqəlrəhbər səviyyəsinə yüksələn dünyanın nadir şəxsiyyətlərindən biri olaraq sağlığında və dünyasını dəyişdikdən sonra da mənsub olduğu xalqın və bəşəriyyətin qürurverici simalarından birinə çevrilmişdir. Dövlətçilik fəlsəfəsinə dərindən bələd olan Heydər Əliyev dövlətçiliyimizin siyasi-ideoloji varisliyini təmin etməklə yanaşı, İlham Əliyevi mərhələlərlə yetişdirərək onu  Azərbaycan xalqına layiqincə xidmət edən dövlət xadimi səviyyəsinə qaldırmağı bacardı. Fərəhləndirici haldır ki, ulu öndərin siyasi kursunun layiqincə davam etdirilməsi sahəsində son 20 ildə möhtərəm Prezidentimiz böyük uğurlara nail olmuşdur. Onun rəhbərliyi altında ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi artımın keyfiyyəti yüksəlmiş, iqtisadiyyatın şaxələndirilməsi təmin edilməklə neft amilindən asılılığın azaldılması yolunda irimiqyaslı tədbirlər həyata keçirilmişdir. Regional siyasətdə əldə olunan böyük uğurlar bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ağdaşın inkişafına böyük töhfələr verməkdədir. Bu diqqət və qayğı ağdaşlılarda böyük qürur və iftixar hissləri yaradır. Çıxışlarda diqqətə çatdırılıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyev yaşadığı zaman və məkan daxilində doğma Azərbaycanın tərəqqisi və qüdrətlənməsi naminə çox işlər görmüşdür. Onun həyatının əsas qayəsini Azərbaycanın dövlət müstəqilliyini əbədiyyətə çevirmək təşkil edirdi. O, bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələ bildi. Ulu öndərin bizlərə miras qoyub getdiyi müstəqil Azərbaycan onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda ən ali hədəflər əldə edilmiş, torpaqlarımız düşmən tapdağından azad edilmiş, uğurlarımız ardıcıl davam edir.

 

Keçidlər