Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon Mərkəzi Xəstəxanasında “Analar Məktəbi” adlı tədbir keçirilmişdir.

22 sentyabr 2025 | 12:24

Qobustan Rayon Mərkəzi Xəstəxanasında “Analar Məktəbi” adlı tədbir keçirilmişdir.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında hamilələrin maarifləndirilməsi məqsədilə “Analar Məktəbi” adlı tədbir təşkil olunmuşdur. Tədbirdə xəstəxananın rəhbərliyi, kollektiv üzvləri, hamilələr, eləcə də Qobustan Rayon İcra Hakimiyyətindən dəvət olunmuş rəsmi qonaqlar iştirak etmişdirlər.

Xəstəxananın direktoru Günay Muradova müəssisənin müasir avadanlıqlarla təchiz olunduğunu vurğulayaraq, yaradılan imkanların hamilələrin sağlamlığına xidmət etdiyini bildirmişdir. Daha sonra ginekoloqlar hamilələrə faydalı məlumatlar təqdim etmiş, onların suallarını cavablandırmışlar.

ASM İSX şöbəsinin müdiri də öz çıxışında xəstəxanada hamilələr üçün yaradılan şəraitdən danışaraq, göstərilən diqqət və qayğının ana və uşaq sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

Tədbir maarifləndirici söhbətlər və müzakirələrlə davam etmişdir.

Keçidlər