Qobustan Rayon Mərkəzi Xəstəxanasında narkomaniyanın profilaktikasına dair maarifləndirici tədbir keçirilib.
Qobustan Rayon Mərkəzi Xəstəxanasında narkomaniyanın profilaktik zərərləri barədə əhali və tibb işçiləri arasında maarifləndirici işlərin aparılması məqsədilə tədbir təşkil olunub.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin əməkdaşı Həsən Əhmədli, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları,Narkotiklərlə Mübarizə Qrupunun rəhbəri polis kapitanı Məmmədov Vüsal, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Haşimov Ağa, Cinayət axtarış bölməsinin kiçik inspektoru polis serjantı Daşdəmirli Aydın, Qobustan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş həkimi Xəyalə İmanova, inzibati, tibb və qeyri-tibb işçiləri iştirak ediblər.
Baş həkim Xəyalə İmanova çıxış edərək narkotik vasitələrin insan sağlamlığına, sosial mühitə və cəmiyyətə vurduğu ağır fəsadlar haqqında məlumat verib, profilaktik tədbirlərin əhəmiyyətini vurğulayıb.
Daha sonra Qobustan Rayon Polis Şöbəsinin əməkdaşı, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Haşimov Ağa, Qobustan Rayon İcra Hakimiyyətinin əməkdaşı Əhmədli Həsən, eləcə də Yoluxucu Xəstəliklər şöbəsinin müdiri İlham Əliyev mövzu ilə bağlı çıxış edərək narkomaniyaya qarşı mübarizə istiqamətində görülən işlərdən danışıblar.
Tədbirin sonunda narkotik vasitələrin fəsadlarını əks etdirən maarifləndirici videoçarx nümayiş olunub.






