Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Nardaran kəndində - Baxışov Cahangir Əmrah oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.

10 oktyabr 2022 | 08:23

Cahangir Əmrah oğlu Baxışov 2001-ci il, aprelin 1-də Qobustanın Nardaran kəndində anadan olub. 2 aprel 2019-cu il - 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.

Qobustan rayonunun Nardaran kəndində Vətən müharibəsi şəhidi Cahangir Əmrah oğlu Baxışovun xatirəsi ehtiramla yad olunub. Şəhidin uyuduğu kənd qəbiristanlığında məzarı yanında keçirilən anım mərasimində rayon rəsmiləri, kənd sakinləri, şəhid ailələri, məktəblilər, şəhidin yaxınları iştirak ediblər.

Əvvəlcə şəhid Cahangir Baxışovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub. Çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Məharət Əkbərov 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən danışıb, Cahangir və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını, erməni silahlı qüvvələrinin darmadağın edilərək torpaqlarımızın azad olunduğunu söyləyib.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Mərasimdə məktəblilər Vətənimizə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Qeyd edək ki, 2019–cu ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayanda döyüşlərə qatılıb. Müxtəlif istiqamətdə gedən döyüşlərdə igidliklə vuruşub. 2020-ci ilin oktyabrında Cəbrayıl istiqamətindəki döyüşlərdə şəhadətə qovuşub. “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər