Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon Şəhidi Ağayev Zamin Zülfüqar oğlunun anım günü.

23 oktyabr 2023 | 15:36

23.10.2023 - cü il tarixdə Qobustan rayon Şəhidi Ağayev Zamin Zülfüqar oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə anım tədbiri keçirildi.
Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin Başçısı, Hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, Qobustan RİHBA - nın əməkdaşları və rayon ictimaiyyəti iştirak edib.

Ağayev Zamin Zülfiqar oğlunun döyüş yolu.


Ağayev Zamin Zülfiqar oğlu 11 may 2002-ci il tarixində anadan olmuşdur.

Azərbaycan Respublikasının Ordusunun əsgəri  olan Ağayev Zamin Zülfiqar oğlu  2020-ci il sentyabrın 27-də  Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı   Füzuli  istiqamətində  düşmənin çoxlu sayda texnikasını və canlı qüvvəsini məhv etmişdir. 2021-ci ilin oktyabr ayının 23-də Füzuli  istiqamətində  gedən döyüşlərdə şəhid olmuşdur.

Qobustan rayonu Sündü kənd qəbiristanlığında dəfn olunmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  25.12.2020-ci il tarixli  sərəncamı ilə şəhid Ağayev Zamin  “Füzuli uğrunda” və  “15.12.2020-ci il tarixli sərəncamı ilə Vətən uğrunda” medalları ilə təltif olunub.

Keçidlər