Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon Şəhidi Hacıyev Sərxan Eldar oğlunun anım günü.

22 oktyabr 2023 | 10:13

  22.10.2023 - cü il tarixdə Qobustan rayon Şəhidi Hacıyev Sərxan Eldar oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə anım tədbiri keçirildi.

  Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin Başçısı, Hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, Qobustan RİHBA - nın əməkdaşları və rayon ictimaiyyəti iştirak edib.

  Hacıyev Sərxan Eldar oğlu 08.07.1990-cı ildə Qobustan şəhərində anadan olmuşdur. Sərxan Hacıyev 27 sentiyabrda başlanan  Vətən müharibəsinə könüllü olaraq qatılmışdır. Müharibədə göstərdiyi rəşadətə görə o,ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında “Vətən uğrunda”medalı və "Füzulinin azad edilməsi" medalları ilə təltif edilmişdir.

  Qobustan rayon İcra hakimiyyətinin Başçısı, Hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, Qobustan RİHBA - nın əməkdaşları və rayon ictimaiyyəti Hacıyev Sərxan Eldar oğlunun doğum günündə şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstələri qoymuşdur.
   Qobustan rayon İcra hakimiyyətinin Başçısı ziyarətdə iştirak edən şəhid valideyinləri ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmiş, Vətənimiz üçün gərəkli övlad böyütdükləri üçün onlara təşəkkür etmişdir.
   Şəhid atası Hacıyev Eldar dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə etmişdir

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər