Şriftin ölçüsü :

Saytın rəngi :

QOBUSTAN   RAYON   ŞƏHİDİ  QAÇAYEV RÖYAL FƏRMAN OĞLUNUN ANIM GÜNÜ

13 oktyabr 2022 | 14:24

VƏTƏN  MÜHARİBƏSİNDƏ    QOBUSTAN   RAYON   ŞƏHİDİ  QAÇAYEV RÖYAL FƏRMAN OĞLUNUN ANIM GÜNÜ QEYD OLUNDU.

  Şəhid Qaçayev Röyal Fərman oğlu 05.01.2002-ci ildə Qobustan rayonunda dünyaya gəlib.
  Azərbaycan Ordusunun əsgəri  olan Qaçayev Röyal   2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış və Suqovuşan yaşayış məntəqələrnin azadlığı uğrunda gedən döyüşlərdə  iştirak edib. 14 Oktyabr 2020-ci ildə Suqovuşan  uğrunda gedən döyüşlərdə şəhid olub.
  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Qaçayev  ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
  Suqovuşanın   işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qaçayev Röyal Fərman oğlu ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
    Şəhidin doğulduğu  Sündü kəndində  keçirilən anım Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayon rəhbəri şəhidin ailəsinə başsağlığı verib, sonra çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan, həyatları bahasına torpaqlarımızı işğalçılardan azad etdiyini vurğulayıb.
 
 

Keçidlər