Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Xilmilli kəndində “Azərbaycan Respublikasında qeyri-qanuni yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması" mövzusunda növbəti hüquqi maarifləndirmə tədbiri və səyyar xidmət təşkil edilmişdir.

19 may 2023 | 15:14

19.05.2023-cü il tarixdə Qobustan rayon Xilmilli kəndində Ağsu regional miqrasiya idarəsi tərəfindən Regional miqrasiya idarələrinin fəaliyyət istiqamətlərinə uyğun olaraq “Azərbaycan Respublikasında qeyri-qanuni yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması" mövzusunda növbəti hüquqi maarifləndirmə tədbiri və səyyar xidmət təşkil edilmişdir.

Tədbirdə videoslayd vasitəsilə iştirakçılara əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyata alınması, ölkədə müvəqqəti olma, müvəqqəti və daimi yaşama qaydaları, həmçinin vətəndaşlıq məsələləri ilə bağlı geniş məlumatlar verilmişdir. Xidmət tərəfindən vətəndaşlara operativ və şəffaf xidmətin təşkil edilməsi məqsədilə DMX-nin elektron və onlayn xidmətlərdən istifadə qaydaları, həmçinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq maddələri ətraflı izah olunmuşdur.

Hüquqi maarifləndirmə tədbirində  iştirakçılar tərəfindən verilən suallar qanunamüvafiq qaydada cavablandırılmış  və geniş  fikir mübadiləsi aparılmışdır. Bununla yanaşı Qobustan rayonunun Xilmilli kəndində səhhəti və maddi vəziyyəti ilə bağlı idarəyə gəlməkdə çətinliyi olan 6 nəfər şəxsin müraciətləri tərəfimizdən qəbul edilmiş, müvafiq sənəd siyahıları izah olunmuşdur.

Tədbirdə vətəndaşsızlıq hallarından əziyyət çəkən, həmçinin ölkə ərazisində qanunsuz əsaslarla yaşayan bir qrup əcnəbi və vətəndaşlığı olmayan şəxsə miqrasiya qaununvericiliyi izah edilmiş, onların leqallaşdırılması üçün müvafiq istiqamətlər verilmişdir.

 

Keçidlər