Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonu üzrə 500 bal və daha yüksək nəticə göstərən məzunlar, eləcə də, ötən tədris ilində müxtəlif müsabiqə və yarışlarda fərqlənən şagirdlərlə görüş

04 sentyabr 2023 | 18:13

Qobustan rayonu üzrə 500 bal və daha yüksək nəticə göstərən məzunlar, eləcə də, ötən tədris ilində müxtəlif müsabiqə və yarışlarda fərqlənən şagirdlərlə görüş keçirilib.

Görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, məktəb direktorları, valideynlər və şagirdlər iştirak edib.

Çıxış edən natiqlər yüksək bal toplayan məzunları və uğurları ilə seçilən şagirdləri təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Qeyd edək ki, Qobustan rayonu üzrə ümumilikdə 101 nəfər məzun ali təhsil müəssisələrinə qəbul olub ki, onlardan 7 nəfər 500-dən, 3 nəfər isə 600-dən yüksək bal toplayıb.

Məzunlarımızı təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq.

Keçidlər