Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonu Xilmilli kəndində Pasxa bayramı ilə bağlı tədbir keçirilib.

17 aprel 2023 | 09:11

16 aprel 2023-ci ildə Qobustan rayon İcra Hakimiyyətinin, Qobustan rayon İcra Hakimiyyəti başçısının Xilmilli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin və Xilmilli kənd “Molokan ruhani-xristian” dini icmasının birgə təşkilatçılığı ilə Xilmilli kəndində Pasxa bayramı ilə bağlı tədbir keçirilmişdir.
       Tədbirdə Qobustan rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Xilmilli kənd İƏD üzrə nümayəndəsi Adil Bayramov, DQİDK-nın Şamaxı bölgəsi üzrə​ şöbəsinin əməkdaşı Nahid Babaşov, Xilmilli kənd “Molokan ruhani-xristian” və Xilmilli kənd məscidi dini icmalarının üzvləri iştirak ediblər.
       Tədbiri giriş sözü ilə açan Qobustan RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov “Molokan ruhani-xristian” dini icmasının üzvlərini Qobustan rayon İcra hakimiyyəti başçısı və rayon ictimaiyyəti adından təbrik etmişdir. A.Şikarov çıxışında ölkəmizdəki multikultural, tolerant mühitdən və bu sahəyə ölkə Prezidentinin, həmçinin rayon rəhbərliyinin diqqət və qayğısından danışmışdır.
       Tədbirin sonunda  Xilmilli “Molokan ruhani-xristian” dini icmasının üzvləri ölkə Prezidentinə və rayon rəhbərliyinə onlara göstərilən qayğıya görə öz təşəkkürlərini bildirdilər.

Keçidlər