Qobustan rayonunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir.
13.06.2025 – ci il tarixdə 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar Qobustan Rayon İcra Hakimiyyəti – nin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı - Adil Məmmədov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, Qobustan RİH – nin əməkdaşları, Şəhid ailələri və qazilər, Müəssisə və idarələrin rəhbərləri, Rayon ağsaqqalları və Rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. İlk öncə tədbir iştirakçıları Qobustan Rayon Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, daha sonra Qobustan Rayon Gənclər Evində davam edən tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı çıxış etmiş, sonra isə tədbir konsert proqramı ilə davam etmişdir.