Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda 27 Sentyabr Anım Günü tədbiri keçirildi.

27 sentyabr 2023 | 14:59

  Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Bununla əlaqədar olaraq bu il Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

27 sentyabr 2023-cü il tarixdə Qobustan rayon Şəhidlər Xiyabanında Anım günü tədbiri keçirildi.Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin başçısı, Hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.

Keçidlər