Qobustan rayonunda - 8 noyabr Zəfər günü
08 noyabr 2024 | 13:29
Bu gün Qobustan rayonunda 8 noyabr Zəfər günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Qobustan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq böyük ehtiramla yad edildi.
Sonra Qobustan şəhərində salınmış “Şəhidlər” abidə kompleksində şəhidlərin xatirəsini yad edərək abidə önünə gül-çiçək dəstələri qoydular.
Sonda tədbir bayram konserti ilə Gənclər evində davam etdirildi. Azərbaycan Respublikasının Dövlət Himini səsləndirilərək torpağımızın azadlığı uğurunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yadd edilmişdir. Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov, Millət vəkili Şahin Seyidzadə, hüquq mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri və qazilər, rayon idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədoov çıxış edərək, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirdi. Vətən müharibəsində Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini qeyd etdi.
Konsertdə rayonda tanınmış İncəsənət xadimləri vətənpərvərlik mövzusunda mahnılar oxudular.