Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda əmək yarmarkası təşkil olunub

05 iyun 2026 | 18:11
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialının təşkilatçılığı və Qobustan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qobustan rayon Heydər Əliyev adına parkda əmək yarmarkası təşkil olunub.
     Aktiv məşğulluq tədbirində dövlət və özəl sektoru təmsil edən 19 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə ümumilikdə 91 vakansiya təqdim olunub.
   Yarmarkada Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Qasım Qasımov və digər rəhbər şəxslər iştirak edərək işəgötürənlərlə görüşüb, təqdim olunan vakansiyalarla tanış olublar.
    Tədbirdə 130-dan çox işaxtaran vətəndaş iştirak edib. İştirakçılara vakansiyalar, iş şəraiti və iş öhdəlikləri barədə ətraflı məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
      Həmçinin vətəndaşlara aktiv məşğulluq proqramları, peşə hazırlığı kursları və digər məşğulluq xidmətləri barədə məlumat verilib.
Keçidlər