Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda “Heydər Əliyev İli” ilə əlaqədar “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı təşkil edilib

01 iyun 2023 | 15:45

 “Heydər Əliyev ili” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qobustan rayonu, şəhid Fədail Nadirov adına istirahət parkında Qobustan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə tədbir keçirilib

Tədbirə Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimayyət nümayəndələri və uşaqlar qatılıblar.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov uşaqların bayramını təbrik edib, onlara xoş arzularını çatdırıb.

Qeyd edək ki, Azərbaycanda dövlət uşaq siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Uşaqlar bizim gələcəyimizdir” deyən Ulu Öndər tərəfindən bu sahədə mühüm qanunvericilik və institusional tədbirlər görülüb, həmçinin respublikamız bir çox konvensiyalara, o cümlədən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub.

Uşaqlarla aparılan məqsədyönlü işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilərək, 2009-cu il Azərbaycanda “Uşaq ili” elan olunub, müvafiq normativ hüquqi baza təkmilləşdirilib, dövlət proqramları, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” təsdiq edilib, uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb.

Daim dövlət qayğısı ilə əhatə olunan uşaqların sağlam və firavan mühitdə böyüməsi, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması ilə bağlı çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın nəcib və xeyirxah əməlləri xüsusi qeyd olunmalıdır.

Keçidlər