Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

04 iyun 2025 | 12:34

    İyunun 4-də Qobustan Rayon İcra hakimiyyətinin konfrans zalında müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə “İnsan Hüquqları aylığı “  ilə bağlı tədbir keçirilmişdir.

   Tədbirdə çıxış edən Qobustan  Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlərin keçirildiyini vurğulayıb. Təranə  Güləliyeva insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

   Hüquq şöbəsinin müdiri Aytən Əhmədova  çıxış edərək əsas insan hüquq və azadlıqları haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması və vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra inkişaf etməyə başladı. O qeyd etdi ki, Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ilin 12 noyabrında qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasınında insan hüquq və azadlıqları ilə bağlı müddəalar təsbit olunmuşdur.

    Tədbirdə Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində apardığı mütərəqqi islahatlardan söhbət açılıb, respublikamızda insan hüquq və azadlıqlarının reallaşdırılması və yüksək səviyyədə müdafiəsi istiqamətində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hər cür şərait yaradıldığı, dövlətimizin bu istiqamətdə beynəlxalq nüfuzunun artdığı vurğulanıb.

#İnsanHüquqlarıAylığı #HumanRightsMonth

Keçidlər