Qobustan rayonunda peşə və sahə assosiasiyalarının yaradılmasının dəstəklənməsi ilə bağlı iclas keçirilib
Fevralın 16–da Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən iclas keçirilib. Gündəlikdə duran məsələ Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin icrasının təmin edilməsi olub.
İclasda Qobustan Rayon İcra hakimiyyətinin başçısı, başçının müavini, Dağlıq Şirvan Regional Məşğulluq Filialının müdiri və Dağlıq Şirvan Regional Məşğulluq Filialının Qobustan Rayon Xidmət Şöbəsinin müdiri, dövlət idarələri və ictimai xidmət təşkilatlarının həmkarlar ittifaqının rayon komitəsinin, şəhər bələdiyyəsinin, Qobustan Bölgə Təcrübə Stansiyasının, Qobustan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru, Yeni Azərbaycan Partiyası Qobustan Rayon Təşkilatının sədri, İcra Hakimiyyəti yanında İctimai Şuranın, Qobustan Təhsil Sektorunun müdiri, Kommunal Müəssisələr Kombinatının rəisi, 1 saylı Yaşıllaşdırma İdarəsinin müdir müavini, DAİM-in nümayəndələri və sahibkarlar iştirak edib.
RİH başçısı çıxış edərək sahibkarların maraqlarının müdafiəsindən söz açıb, məşğulluğun artırılması, qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi və digər bu kimi işlərin həyata keçirilməsi baxımından peşə və sahə assosiasiyaların yaradılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, maarifləndirmə işlərində ictimai şuranın, rolundan danışıb, birgə fəaliyyət göstərməyin vacibliyini qeyd edib.
Qobustan rayonu İcra hakimiyyətinin başçısı Adil Məmmədov əhalinin məşğulluğunun təmin edilməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində peşə və sahə assosiasiyalarının yaradılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirmişdir. Eyni zamanda, müxtəlif sahələr üzrə peşə hazırlıqlarının da təşkilinin vacibliyi vurğulanıb. Bildirilmişdir ki, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq rayonda Peşə və sahə assosiasiyaları yaradılması dəstəklənir və bu sahədə işlər davam etdiriləcəkdir.
Dağlıq Şirvan Regional Məşğulluq Filialının müdiri Emil Bədəlov və digər şəxslər öz fikirlərini və təkliflərini bildirmişlər.
Görüşdə Dağlıq Şirvan Regional Məşğulluq Filialının hazırladığı videoçarx nümayiş etdirilmişdir.