Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda şəhid Vüsal Şəhriyarovun 40 mərasimi keçirildi

29 oktyabr 2023 | 10:41

 Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Vüsal Şəhriyarovun 40 mərasimi keçirildi. Mərasimdə RİH-nin başçısı, əməkdaşları, şəhidin ailə üzvləri,  rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

     İlk öncə şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub. Daha sonra Şəhid bulağının açılışı olub.

    RİH başçısının başçısı Adil Məmmədov  şəhidimiz Vüsal Şəhriyarovun doğmalarına dərin hüznlə bir daha başsağlığı verərək Allahdan rəhmət diləyib. O, bildirib ki, şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman vətən naminə canını qurban vermiş şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq.

      Şəhidin valideynləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

     Qeyd edək ki, Şəhid Şəhriyarov Vüsal Təbiyyət oğlu, 11.12.2001-ci ildə Qobustan rayon Çalov kəndində anadan olub. 2008-ci ildə Yaşar Sadıqov adına Çalov kənd ümumi orta məktəbə gedib. 2010-cu il yanvar ayında təhsilini donduraraq A.O.Çernyoviski adına Qobustan şəhər 1 saylı tam orta məktəbə gedib. 2019-cu ildə məktəbi bitirdikdən sonra 2020-ci ildə Azərbaycan Respublikasının N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2020-ci il Tovuz döyüşləri və 44 günlik Vətən Müharibəsində artilleriya bölməsində xidmət edib. Kəlbəcərin alınmasına görə medalı ilə təltif edilib. 2020-ci ildə hərbi xidməti bitirərək ehtiyata buraxılmışdır. Şəhidimiz Şəhriyarov Vüsal Təbiyyət oğlu uşaq yaşlarından hərbiyə maraq saldığına görə yenidən 2023-cü ilin fevral ayının 18-də komando hazırlıq kursuna daxil olub. 19.09.2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

Keçidlər