Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda tullantı sularının zərərsizləşdirilməsi üçün məhsuldarlığı sutkada 2500 kubmetr olan təmizləyici qurğu inşa edilib.

08 fevral 2023 | 16:33

Qobustan şəhərində 68 kilometrlik içməli su şəbəkəsi yaradılıb, 1900 ünvana birləşmə verilib, bütün abunəçilər sayğacla təmin edilib. Bütün şəhər əhalisi yeni şəbəkə vasitəsilə keyfiyyətli və dayanıqlı su ilə təmin olunur. Layihə çərçivəsində Qobustan şəhəri ilə yanaşı, rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə də suyun verilməsi təmin edilib.

    Ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsini prioritet hesab edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə  ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir.

    Bu tədbirlər sırasında tullantı sularının optimal idarə olunması, ətraf mühitə ziyan vurmadan təmizlənib kənarlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

  Son illər bölgələrdə icra olunan su və kanalizasiya layihələri çərçivəsində hər bir şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi nəzərə alınıb. “Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihələr çərçivəsində  Qobustan şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb.

    Layihəyə uyğun olaraq Qobustan şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılıb, 42 kilometr kanalizasiya xətti və 1160 baxış quyusu inşa edilib, hər bir evə birləşmə verilib. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün 7 kilometrlik kanalizasiya kollektoru tikilib. Tullantı sularının zərərsizləşdirilməsi üçün məhsuldarlığı sutkada 2500 kubmetr olan təmizləyici qurğu inşa edilib.

Keçidlər