Qobustan rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş və onun əziz xatirəsi ehtiramla yad edilmişdir.
10 may 2026-cı il tarixdə Qobustan rayonunda xalqımızın Ümummilli Lideri, müasir-müstəqil Azərbaycanın qurucusu və Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş və onun əziz xatirəsi ehtiramla yad edilmişdir.
Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, Şəhid ailələri və qazilər,Qobustan Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisə rəhbərləri, ərazi partiya təşkilat sədrləri və YAP fəalları iştirak etmişdir.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxsahəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Nə qədər ki Azərbaycan var, nə qədər ki bu millət var, Heydər Əliyev də var olacaq. Ümummilli Liderimizin əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.






