Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda Vətən müharibəsi Şəhidi Hacıyev Sərxan Eldar oğlunun doğum günü

08 iyul 2024 | 14:08

08.07.2024-cü il tarixdə Qobustan rayonunda Vətən müharibəsi Şəhidi Hacıyev Sərxan Eldar oğlunun doğum günü tədbiri keçirilib.

Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin əməkdaşları, Şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları  Şəhidin məzarı önünə gül dəstələri qoyub.

Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin əməkdaşı, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Rövşən dəmirov çıxış edərək şəhidin döyüş yolu haqqında məlumat vermiş və Vətən Müharibəsində qazanılan tarixi zəfərin önəmini qeyd etmişdir.

Keçidlər