Şriftin ölçüsü :

Saytın rəngi :

"Qobustan Şəhidləri" kitabının təqdimat mərasimi

16 oktyabr 2023 | 16:44

16.10.2023-cü il tarixdə Qobustan rayon İcra hakimiyyəti binasının akt zalında "Qobustan Şəhidləri" kitabının təqdimat mərasimi keçirilmişdir.Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin başçısı Məmmədov Adil, "Qobustan Şəhidləri" kitabının müəllifi Şair jurnalist Əsgərov Raqif, Hüquq mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanı Polkovnik - Leytenant Mirdamət Bağıyev, Qobustan RİHBA-nın əməkdaşları, Şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək açıq elan edilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəblilər şeirlər söyləyib, Qobustan rayon İcra hakimiyyətinin başçısı Şəhid ailələrinə "Qobustan Şəhidləri" adlı kitablar təqdim edib.

Keçidlər