Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustanda 17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

17 iyun 2026 | 15:00
     17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Qobustan Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı, Qobustan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qobustan Rayon Təşkilatının və Qobustan Rayon Gənclər Evinin dəstəyi ilə təntənəli tədbir keçirilib.
    Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Yeni Azərbaycan Partiyası Qobustan Rayon Təşkilatının sədri Qasım Qasımov, Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Qönçə Abdullayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
      Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbir daha sonra Qobustan Rayon Gənclər Evində davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Tədbirin açılışında Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru iştirakçıları salamlayaraq tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib. O, son dövrlərdə tibb müəssisəsində həyata keçirilən yeniliklər, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib.
     Daha sonra Qobustan Rayon Mərkəzi Xəstəxanasının ümumi fəaliyyətini, son illərdə əldə olunmuş nailiyyətləri, həyata keçirilən yenilikləri və göstərilən tibbi xidmətləri əks etdirən videoçarx nümayiş olunub. Videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanıb.
     Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsində başlatdığı islahatların bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, son illər ərzində səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük işlər görüldüyünü, səhiyyənin inkişafı, innovativ texnologiyaların tətbiqi, maddi-texniki bazasının və infrastrukturunun yenilənməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.
     Tədbirdə çıxış edən qonaqlar səhiyyə sahəsində çalışan əməkdaşların cəmiyyət üçün mühüm xidmətlər göstərdiyini vurğulayaraq onların peşəkar fəaliyyətini yüksək qiymətləndiriblər. Çıxışlarda tibb işçilərinin insanların sağlamlığının qorunması və müalicəsi istiqamətində gördükləri fədakar əməyin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
     Sonra peşə fəaliyyətində fərqlənən bir qrup tibb işçisi fəxri fərman, təşəkkürnamə və hədiyyələrlə təltif olunub.
Keçidlər