Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustanda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı sahiblərinə təqdim edilib.

17 mart 2024 | 12:40

Qobustanda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı sahiblərinə təqdim edilib.

Bu gün qürurla söyləyirik ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyev Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Ulu Öndər Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi qədirbilən xalqımız tərəfindən hər zaman hörmət və ehtiramla anılacaq. Çünki keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir. 

Respublika Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətin bariz nümunəsi oldu.

Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində, o cümlədən Qobustan rayonunda da silsilə tədbirlərlə qeyd olundu.

Ölkə Prezidenti İlham Əliyevin 11 aprel 2023-cü il tarxli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunub ki, həmin medala layiq görülənlər arasında qobustanlı ziyalılarımız da olub.

Keçidlər