Qobustanda korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib
Aprelin 14-də Qobustan Rayon İcra hakimiyyətinin akt zalında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 6.9-cu maddəsinin tələblərindən irəli gələn vəzifələrlə bağlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, İƏD üzrə nüməyəndəliklərdə çalışan işçilər, şəhər, qəsəbə və kənd bələdiyyələrinin sədrləri iştirak etmişlər.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdir Aytən Əhmədova və Qobustan rayon Prokurorunun Köməkçisi Tural Xəlilli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” haqqında məlumat vermiş, Milli Fəaliyyət Planı üzrə Tədbirlər Planının 6.9-cu bəndindən irəli gələn vəzifələri açıqlamış, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlüyün gücləndirilməsinin vacib olduğunu vurğulamışdır. Azərbaycanın Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi demokratik və sivil inkişaf yolunu seçdiyini, ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində əsaslı işlərin görüldüyünü vurğulamış, korrupsiya hallarının, hüquqazidd hərəkətlərin şahidi olan vətəndaşın aidiyyəti hüquq mühafizə orqanlarına məlumat verilməli olduğunu diqqətə çatdırmışdır. Bildirmişdirlər ki, bir məmur, dövlət işçisi olaraq ünsiyyətdə olduğumuz bütün insanları bu sahədə maarifləndirməyə çalışmalı, əməli fəaliyyətimizdə qanunun aliliyini rəhbər tutmalıyıq.
Sonra tədbir iştirakçılarının maraqlandırdığı suallar cavablandırılmışdır.