Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustanda “Sülh aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

21 sentyabr 2026 | 15:38

    Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
    Tədbirdə sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, habelə sülh və insan hüquqları mədəniyyətinin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
   Çıxışlarda gənc nəslin sülh ruhunda tərbiyə olunmasının, cəmiyyətdə humanizm, tolerantlıq, vətənpərvərlik və məsuliyyət hisslərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.    
   Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Keçidlər