Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Memarlıqda milli üslub: Heydər Əliyevin müasir Azərbaycan memarlığına töhfələri” adlı dəyirmi masa keçirilmişdir.

30 iyun 2026 | 17:48
    30 iyun 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qobustan Rayon İcra Hakimiyyətində “Memarlıqda milli üslub: Heydər Əliyevin müasir Azərbaycan memarlığına töhfələri” mövzusunda dəyirmi masa keçirilib.
    Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məharət Əkbərov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Ulu öndər Heydər Əliyev ölkənin memarlıq abidələri ilə zənginləşdirilməsinə, gözəl dizaynlı binalarla, heykəllərlə gözəlləşdirilməsinə xüsusi diqqət yetirib. Ümummilli liderin Azərbaycan memarları qarşısında qoyduğu ilk tapşırıq belə idi ki, tikilinin formasından asılı olmayaraq, milli üslub, milli kolorit, tarixi, klassik memarlıq adət-ənənələri davam etdirilməlidir.
     Qeyd edilib ki, Heydər Əliyevin rəhbərliyi dövründə ölkənin şəhərsalma sahəsində mühüm nailiyyətlər əldə olunub, şəhərlərin və yaşayış məntəqələrinin baş planları hazırlanaraq onların memarlıq siması müasir tələblərə uyğun şəkildə yenilənib. Eyni zamanda, Bakının yaşıllaşdırılması istiqamətində görülən işlər nəticəsində paytaxtın ekoloji mühitinin yaxşılaşdırılması üçün möhkəm zəmin yaradılıb, yeni park və xiyabanlar salınıb, yaşıl zonaların sahəsi əhəmiyyətli dərəcədə genişləndirilib.
    Məharət Əkbərov vurğulayıb ki, Ulu Öndərin milli memarlığa və şəhərsalmaya göstərdiyi diqqət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işləri müasir şəhərsalma standartları, innovativ texnologiyalar və milli memarlıq ənənələrinin vəhdəti əsasında aparılır. Tarixi-memarlıq abidələrinin bərpası, şəhər və kəndlərin müasir tələblərə uyğun şəkildə yenidən qurulması Azərbaycanın memarlıq irsinin qorunmasına və inkişafına xidmət edir.
    Tədbirin sonunda Azərbaycanın milli memarlığının inkişafında Ümummilli Lider Heydər Əliyevin roluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Keçidlər