Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Fədail Nadirov adına istirahət parkında barelyefin açılışı.

23 iyul 2022 | 13:34

Cənnətdəki  doğum günün mübarək şəhidim.  Bu gün  Şəhid Nadirov Fədail Fərhad oğlunun doğum günüdür.


Fədail Nadirov 1999-cu il iyulun 23-də Qobustan rayonunun Bədəlli kəndində anadan olub. Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu  olan Fədail Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Fədail Nadirov oktyabrın 26-da Füzuli uğrunda gedən  döyüşlər  zamanı şəhid olub. Qobustan rayonunun Bədəlli kəndində dəfn olunub.
    Qobustan RİHBA-nın üzvləri ziyarətdə iştirak edən şəhidin  valideyinləri  ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmiş, Vətənimiz üçün gərəkli övlad böyütdükləri üçün onlara təşəkkür etmiş və şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
   Şəhid atası Nadirov Fərhad dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə etmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər