Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Müstəcəbov Orxan Ələsgər oğlunun doğum günü

05 mart 2024 | 14:25

05.03.2024-cü il tarixdə Şəhid Müstəcəbov Orxan Ələsgər oğlunun doğum günü qeyd olundu.

Tədbirdə Qobustan rayon İcra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar  məsələlər  şöbəsinin müdiri Güləliyeva Təranə, Qobustan RİHBA- nın əməkdaşları, Qobustan RİH başçısının Bədəlli və Yekəxana kəndləri üzrə inzibati ərazi dairələrinin əməkdaşları,kənd ictimaiyyətinin nümayəndələri və məktəblilər iştirak etdi.

 Müstəcəbov Orxan Ələsgər oğlu rayonun  Bədəlli kəndində anadan olmuş, orta məktəbi də burada bitirmişdir. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsindən hərbi xidmətə yola düşmüşdür. Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.

Keçidlər