Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Nəbiyev Əlvan Mənsur oğlunun anadan olmasının 50 illik yubileyi

07 sentyabr 2023 | 14:54

Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!

   Əlvan Mənsur oğlu Nəbiyev 1973-cü il sentyabr ayının 07-də Qobustan rayonunun Təklə Mirzəbaba kəndində anadan olub.

   Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Əlvan Nəbiyevdir.

   Nəbiyev Əlvan Mənsur oğlunun qəhrəmanlığı bu gün dildən - dilə gəzərək bizlərə fəxr hissi yaşadır,qəlbimizdə əbədi məskən salır.

   Bu gün Şəhid Nəbiyev Əlvan Mənsur oğlunun anadan olmasının 50 illik yubileyi zamanı Qobustan rayon İcra hakimiyyətinin əməkdaşları,ziyalılar,kənd əhalisi və məktəblilər şəhidin qəbrini ziyarət etmiş və Qəbri üzərinə gül dəstələri qoymuşlar.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər