Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Quliyev Ayaz Ağahüseyin oğlunun anadan olmasının 56-cı il dönümü ilə bağlı doğum gününə həsr olunmuş anım tədbir keçirildi.

02 may 2023 | 16:38

02 may 2023-cü il tarixində Qobustan rayon Cəyirli kənd Ayaz Quliyev adına tam orta məktəbdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Şəhid Quliyev Ayaz Ağahüseyin oğlunun anadan olmasının 56-ci il dönümü ilə bağlı doğum gününə həsr olunmuş anım tədbir keçirildi. Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müvaini-dini qurumlarla işin təşkilatçısı A.Şikarov, İnformasiya təminatı və təhlil sektoru müdiri N.Xanalıyev, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri R.Dəmirov, Böyük məsləhətçi S.Həsənov, şəhid ailələri, şəhidin yaxınları, kənd icra nümayəndəliyinin əməkdaşları S.Məcidov, Ə.Rəcəbov, Qobustan rayonu üzrə Təhsil Sektorunun metodisti E.Cəbiyev, Cəyirli kənd tam orta məktəbinin direktoru M.Əliyev və məktəb kollektivi, R.Hüseynov adına Cəyirli kənd ümumi orta məktəbin direktoru B.Azadə, kənd ictimaiətinin nümayəndələri, müəllim və şagird kollektivi iştirak etdilər. Tədbirdə çıxış edənlər şəhidin şərəfli həyat yolu haqqında geniş məlumat verərək bildiriblər ki, 1967-ci il may ayının 1-də Qobustan rayonunun Cəyirli kəndində anadan olmuşdur. 1984-cü ildə kənd orta məktəbini bitirib. 1985-ci ildə Sovet ordusuna xidmətini başa vurmuşdur. 1993-cü ildə könüllü olaraq döyüşə yollanmışdır. Ayaz Ağdamın müdafiəsi uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur. 1993-cü ilin Avqustun 24-də Ağdamın Cəvahirli kəndi uğrunda gedən vuruşmada pulemyot ilə bir neçə erməni yaraqlısını məhv edən Ayaz özüdə düşmənin atdığı mərmi qəlpəsindən ağır yaralanaraq Bərdə hospitalına gətirilir. Həkimlərin səyinə baxmayaraq onu həyata qaytarmaq mümkün olmayıb. Avqustun 26-da həyata əbədi olaraq göz yuman Ayaz öz qorxmazlığı ilə şəhidlik zirvəsinə ucalaraq Cəyirli kənd qəbristanlığında əbədi uyuyur. Cəyirli kənd tam orta məktəbi şəhidin adını daşıyır. Məktəbin həyətində şəhidin büstü qoyulmuşdur. Sonda Şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndirildi. Tədbir məktəbin qarşısında qoyulmuş büstün ziyarəti ilə başa çatdı. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər