Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Quliyev Həsən Yalçın oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə anım tədbiri keçirildi

12 noyabr 2023 | 15:29

12.11.2023 - cü il tarixdə Qobustan rayonunda Şəhid Quliyev Həsən Yalçın oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə anım tədbiri keçirildi.
Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin Başçısı, Hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, Qobustan RİHBA - nın əməkdaşları və rayon ictimaiyyəti iştirak edib.

Quliyev Həsən Yalçın oğlu 9 iyul 2002-ci ildə Qobustan rayonunun Sündü kəndində kasıb bir ailədə, anadan olub. Sündü kəndi Şikar Şikarov adına orta məktəbi bitirib. Ailəsi 5 nəfərdən ibarət olub: ata,ana və 3 qardaş.

Evin böyük oğlu elə Həsən özü idi. Həsən çox sakit, ürəyi təmiz, həssas, kövrək, ağıllı bir gənc idi. Həsən kasıbçılıqla böyümüş olsa da, hər zaman gözü tox uşaq kimi tanınıb. Əsgərlikdən gələndən sonra böyüdüyü o kiçik evi böyüdəcək, kənd təsərrüfatı ilə məşğul olacaqdı. 

Məktəbi bitirdiktən sonra işləyib, bir neçə ay ailəsinə dəstək olub. Orta məktəbi bitirdiktən sonra peşə məktəbi, sürücülük ixtisasına qəbul olub və sürücülük vəsiqəsi alıb. Daha sonra isə 2020-ci il iyul ayının 17-si hərbi xidmət üçün Füzuliyə yola düşüb. Həsən əsgər getdiktən 3 ay sonra isə ikinci Qarabağ müharibəsi başlayıb. İlk döyüşü Füzulidə başlayıb. Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə şücaətlə iştirak edib. Noyabrın 1-i Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ailəsi onun ölümündən 10 gün sonra xəbərdar olub. Noyabrın 12-si şəhid Həsən Quliyev xalqın böyük izdihamı ilə uğrunda can verdiyi torpağa tapşırılıb.

Ölümündən sonra şəhid Həsən Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

 

Keçidlər