Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Zamin Ağayevin doğum günündə xatirəsi anıldı

11 may 2023 | 15:58

       Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur. Vətənə böyük sevgiləri olan belə qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.

       11.05.2023 tarixində şəhid Zamin Ağayevin doğum günündə xatirəsi anıldı.

      Anım mərasimində şəhidin ailəsi, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Dəmirov, RİH başçısı Aparatının İctimai siyasi və humanita məsələlər şöbəsi müdirinin müavini Aftandil Şikarov, RİH başçısının Sündü inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fədai Balaqardaşov,  Sündü kənd məktəbinin müəllim və şagirdləri, kənd ictimayyət nümayəndələri iştirak etdilər.

      Tədbirdə natiqlər şəhid Zamin Ağayev həyat və döyüş yolu haqqında ətraflı məlumatlar veriblər.

      44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Zamin Ağayevdir. Şəhid Zamin Ağayev 2020-ci il oktyabrın 21-də döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub.
Ağayev Zamin Zülfüqar oğlu 2002-ci il, mayın 11-də Qobustan rayonu, Sündü kəndində anadan olub.
O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 
      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "Xocavəndin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə" , “Vətən uğrunda” medalları ilə təltif edilib.

      Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

      Allah rəhmət eləsin!

Keçidlər