Sentyabrın 18-də Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov növbəti səyyar qəbulunu Sədəfli kənd sakinləri ilə keçirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qobustan rayonunun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulu davam edir.
Sentyabrın 18-də Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov növbəti səyyar qəbulunu Sədəfli kənd sakinləri ilə keçirmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov tərəfindən digər kəndlərdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.






