Şriftin ölçüsü :

Saytın rəngi :

Şıxzahırlı kəndinin sakinləri ilə səyyar görüşü keçirildi.

11 may 2022 | 12:29

Şıxzahırlı kəndinin sakinləri ilə səyyar görüşü keçirildi.
Görüşdə YAP Qobustan Rayon təşkilatının sədri Qasım Qasımov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
RİH başçısı Adil Məmmədov görüş iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verdi. RİH başçısı Adil Məmmədov bildirdi ki, 2020-ci ildən başlanmış pandemiya dövrünün tələblərinə uyğun olaraq, yerlərdə təşkil olunan görüşlərə fasilə verilmişdi. Buna baxmayaraq, sakinlərin istək və tələbərini nəzərə alaraq, onlarla hər zaman fərdi qaydada qəbullar keçirilmişdir. Bu aydan etibarən görüşlərin bərpa olunduğunu vurğulayan RİH başçısı qeyd etdi ki, sakinlər mütəmadi olaraq rayonun müxtəlif ərazilərində təşkil olunacaq görüşlərlə bağlı məlumatlandırılacaqdır.
Daha sonra, Rayon İcra Hakimiyyəti  başçısı Adil Məmmədov görüşdə iştirak edən sakinlərin müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər