Sündü kəndində yenidən inşa edilən Şəhidlər Xiyabanının açılışı
Qobustan rayonunun Sündü kəndində yenidən inşa edilən Şəhidlər Xiyabanının açılışı olub. Bu münasibətlə keçirilən tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, yerli icra strukturlarının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin əziz xatirəsini bir dəqiqəlik sukutla yad etməklə başlayıb.
Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək Azərbaycanda şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. A.Məmmədov qeyd edib ki, qəhrəman hərbçilərimizin, şəhidlərimizin keçdiyi şərəfli həyat yolu gənc nəsillər üçün örnəkdir və onların təbliği hər an aparılmalıdır.