Şriftin ölçüsü :

Saytın rəngi :

Təklə Mirzəbaba kənd sakinləri ilə növbəti səyyar qəbul

29 iyun 2022 | 14:40

Qobustan Rayon İcra Hakimiyyəti başçısının Təklə Mirzəbaba kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirildi.
  Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
RİH başçısı Adil Məmmədov görüş iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verdi. 
  Daha sonra, Rayon İcra Hakimiyyəti  başçısı Adil Məmmədov görüşdə iştirak edən sakinlərin müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər