Şriftin ölçüsü :

Saytın rəngi :

“Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolu” mövzusunda tədbir

14 noyabr 2024 | 17:02
Noyabrın 14-də Qobustan rayonunda Qobustan Rayonu İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsi (DİQDK) Dağlıq Şirvan regional bölməsinin birgə təşkilatçılığı ilə “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı vəzifəsini icra edən Vasif Zamanov, DQİDK-nin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Qobustan şəhəri “Heydər” məscidinin imamı Çingiz Babaşov, Qobustan rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icmasın sədri Yekaterina Tsapleva, rayonun kənd məscidlərinin dini icma sədrləri və din xadimləri iştirak edirdilər.
Çıxışlar zamanı tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin uğurla həyata keçirildiyi vurğulanıb. Azərbaycanda tolerantlığın və multikulturalizmin dərin tarixi və mədəni köklərindən bəhs edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Keçidlər