Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI qurultayının keçirilməsinə həsr olunmuş tədbir

04 oktyabr 2023 | 16:29

04.10.2023 – cü ildə  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI qurultayının ilə əlaqədar olaraq Qobustan rayonunda,rayonun ictimai siyasi həyatında fəal iştirak edən qadınlarla və ictimaiyyət nümayəndələri ilə tədbir keçirildi.

  Tədbirin əsas mövzusu rayon qadınlarının problemləri, çətinlikləri, gender bərabərlliyi, məişət zorakılığı, erkən nikahlar və onların fəsadları, qəyyumluq və himayəçilik, erkən boşanmalar, ailə dəyərlərinin qorunması və s. dən ibarətdir.

  İlk növbədə Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

  Tədbir Qobustan rayon İcra hakimiyyəti Başçının müavini -İctimai-siyasi və humanitar  məsələlər  şöbəsinin müdiri Təranə Güləliyeva və tədbirdə iştirak edən xanımların diskussiya etməsi ilə keçdi.Tədbirdə xanımlar tərəfindən bir neçə təkliflər irəli sürüldü.

Keçidlər