Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin final oyunu keçirilib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin final oyunu keçirilib.
Mayın 9-da final oyununa çıxan Qobustan rayon İcra hakimiyyətinin komandası Ərəbşahverdi kəndinin komandası ilə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən oyun 3:2 hesabı ilə bitib.
Rəqib qapısından 3 top keçirən Qobustan rayon İcra hakimiyyətinin komandası 3:2 hesabı ilə qalib gələrək turnirin çempionu olub.
Çempion komandaya kubok və medalları, habelə 2-ci yeri tutmuş komandaya medallar təqdim edib.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan və 20 aprel 2023-cü ildə start götürən 16 komandanın iştirak etdiyi minifutbol turniri Qobustan rayon İcra hakimiyyəti və Gənclər və İdman idarəsinin dəstəyi ilə keçirilib.
Qobustan rayon İcra hakimiyyətinin komandası məğlub olmadan ən çox qələbə qazanan yeganə komanda kimi yarışı uğurla başa vurub.