Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri, Azərbaycançılıq ideologiyası

08 may 2024 | 16:22

Mayın  8-də Qobustan rayonu Yekəxana kənd tam orta məktəbində  Qobustan Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin (DİQDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri, Azərbaycançılıq ideologiyası” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov,  DQİDK-nın Şamaxı bölgəsi üzrə​ şöbəsinin əməkdaşı Nahid Babaşov, Yekəxana İƏD üzrə nümayəndə Tarverdi Astanov, Yekəxana bələdiyyəsinin sədri Bəxtiyar Babayev, kənd məktəbinin müəllim və  şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri barədə məlumat verilib. Həmçinin dini radikalizimin fəsadları və bu hallara qarşı mübarizədən danışılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər