"Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri, dövlətimizin din siyasəti" mövzusunda maarifləndirici tədbir keçirilib.
Qobustan şəhər 1saylı tam orta məktəbdə Qobustan Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə"Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri, dövlətimizin din siyasəti" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, Qobustan şəhər 1 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.