Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqların vətənpərvərlik və milli - mənəvi dəyərlər ruhunda tərbiyəsi

22 fevral 2024 | 15:07

Fevralın 22-də Qobustan rayon Cəmcəmli kənd  tam orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin (DİQDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və Cəmcəmli kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Gənclərin vətənpərvərlik və milli – mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə​ şöbəsinin əməkdaşı Nahid Babaşov, müəllim və şagird kollektivi iştirak ediblər.

Keçidlər