Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Fədail Nadirovun məzarı ziyarət edildi

23 iyul 2023 | 11:25

Bu gün Vətən müharibəsi şəhidi Fədail Nadirovun doğum günüdür.

Vətən müharibəsi şəhidi Fədail Nadirovun doğum günü ilə əlaqədar şəhidin ailə üzvləri, yaxınları, Qobustan Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Qobustan Rayon İcra Hakimiyyəti başçısının Bədəlli inzibati ərazisi üzrə nümayəndəliyinin əməkdaşları, şəhidin məzarını, xatirəsini ehtiramla yad etdilər, məzarı üstünə gül dəstələri qoydular.

 Şəhid atası Nadirov Fərhad dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə etmişdir

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər