Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Nadirov Fədail Fərhad oğlunun doğum günü tədbiri

23 iyul 2024 | 14:32

23.07.2024-cü il tarixdə Qobustan rayonu Bədəlli kəndində Vətən müharibəsi Şəhidi Nadirov Fədail Fərhad oğlunun doğum günü tədbiri keçirilib.

Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin əməkdaşları, Şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları  Şəhidin məzarı önünə gül dəstələri qoyub.

Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin əməkdaşı, İctimai - Siyasi və Humanitar məsələlər şöbəsi müdirinin müavini, Dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov çıxış edərək şəhidin döyüş yolu haqqında məlumat vermiş və Vətən Müharibəsində qazanılan tarixi zəfərin önəmini qeyd etmişdir.

 

Keçidlər