Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində  qəhrəmancasına şəhid olan Mayılov Murad Gülümxan oğlunun doğum günü qeyd edildi

30 may 2023 | 09:31

    Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur. Vətənə böyük sevgiləri olan belə qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.

    28.05.2023 tarixində şəhid Murad Mayılovun doğum günündə xatirəsi anıldı.

    Anım mərasimində şəhid ailələri, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Dəmirov, RİH başçısı Aparatının İctimai siyasi və humanita məsələlər şöbəsi müdirinin müavini Aftandil Şikarov, RİH başçısının Nabur inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib İsayev, kənd ictimayyət nümayəndələri iştirak etdilər.

    Tədbirdə natiqlər şəhid Murad Mayılovun həyat və döyüş yolu haqqında ətraflı məlumatlar veriblər.

    Mayılov Murad Gülümxan oğlu 03.07.1998-ci ildə Qobustan rayonu Nabur kəndində anadan olub. 2020-ci il sentyabrın 23-ü hərbi təlimlərə çağırılıb. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
   9 Noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub.
   Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
   Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

 
Keçidlər