Şriftin ölçüsü :

Saytın rəngi :

XTQ giziri Azərbaycan Bayrağı ordenli  Şəhid Qocayev Vadim Alik oğlunun ildönümü

12 sentyabr 2023 | 15:04

  12.09.2023-cü il tarixdə Qobustan rayonunun Sündü kəndində XTQ giziri Azərbaycan Bayrağı ordenli  Şəhid Qocayev Vadim Alik oğlunun ildönümü qeyd edilib.Tədbirdə Qobustan rayon İcra hakimiyyəinin başçısı Adil Məmmədov,aparat əməkdaşları,hüquq mühafizə orqanlarının rəhbərləri o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.Şəhidin məzarını ziyarət edib,məzarı üzərinə gül dəstələri qoydular.

  Vadim Qocayev 1997-ci il yanvarın 10-da Qobustan rayonunun Sündü kəndində anadan olub. Ailəli idi,Bir qızı var.

  Vadim Qocayev 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə savaşıb.

  Vadim Qocayev 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

  Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "İgidliyə görə" medalı və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

  Şəhidin atasının da məzarı ziyarət olunaraq üzərinə tər gül dəstələri qoyuldu.

Keçidlər